Yeni azadlığa çıxan stilist vəfat etdi - FOTO

19 Fevral 2026 21:13

Bir zamanlar tanınmış ulduzlarla çalışan stilist Sərxan Yadigarov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə mərhumun yaxın ətrafı xəbərshow-a məlumat verib.

Bildirilib ki, bir müddət əvvəl həbs olunan və bir neçə ay öncə əfv edilərək azadlığa buraxılan stilist səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib. Onun pnevmoniyadan vəfat etdiyi qeyd olunub.

Sərxan Yadigarov uzun illər şou-biznes nümayəndələri ilə əməkdaşlıq edib. O, Xalq artisti Aygün Kazımova başda olmaqla bir çox tanınmış ulduzların stilisti kimi çalışıb. Stilistin son əməkdaşlıqlarından biri isə müğənni Rəqsanə İsmayılova ilə olub. (olay.az)

Milli.Az