Böyük hərflərlə yazılmış "SÜLH" sözünün fonunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxırlar.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
O, qeyd edib ki, təsadüf kimi görünə biləcək bu məqam əslində dərin simvolik məna daşıyır:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təsisçi üzv dövlət qismində Sülh Şurasının ilk iclasında iştirak edir. Sülh Şurasının təsisçi sədri qismində Prezident Donald Tramp Azərbaycan-Ermənistan sülh gündəliyinin əhəmiyyətini bir daha vurğulayıb", - paylaşımda qeyd olunub.
Milli.Az