AFFA texniki direktoru Cahangir Həsənzadə vəzifəsindən uzaqlaşdırılıb.
Milli.Az teleqraf-a istinadən xəbər verir ki, millimizin sabiq qapıçısı ötən həftə postu ilə vidalaşıb.
AFFA rəhbərliyi Həsənzadənin xidmətindən narazı qalıb.
Onun yerinə yaxın vaxtlarda yeni təyinat olacaq. Həmin şəxsin isə əcnəbi gətiriləcəyi bildirilir.
Qeyd edək ki, Cahangir Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsini tuturdu.
Milli.Az