Bu məhsulu Rusiyaya aparmayın - AZAL xəbərdarlıq etdi

19 Fevral 2026 18:08

Üzərlik Azərbaycan qanunvericiliyinə görə cinayət tərkibi yaratmasa da, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) əsasən bu bitkinin daşınması ciddi cinayət məsuliyyəti ilə nəticələnə bilər.

Milli.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyaya səfər etməyi planlaşdıran vətəndaşlardan üzərlik və oxşar bitkiləri özləri ilə aparmamaq, səfərdən öncə mövcud qaydalarla diqqətlə tanış olmaq xahiş olunur.

Qanunları əvvəlcədən bilmək sizi ciddi problemlərdən qoruyar.

Milli.Az