Bəhlul Mustafazadə ilə bağlı pis XƏBƏR

19 Fevral 2026 17:38

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

Bu barədə Milli.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tibbi müayinələrin nəticəsinə əsasən, Bəhlul Mustafazadənin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsindən zədə müəyyən edilib:

"Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir".

Milli.Az