Akkumulyator ağzında PARTLADI - VİDEO

19 Fevral 2026 15:15

Pakistanda baş verən hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub.

Milli.Az xəbər verir ki, bir gənc akkumulyatoru dişləməyə cəhd edib və nəticədə cihaz onun ağzında partlayıb.

Hadisə anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə gəncin akkumulyatoru ağzına yaxınlaşdırdığı və bir neçə saniyə sonra partlayışın baş verdiyi əks olunur. Ətrafdakılar dərhal ona kömək etməyə çalışıblar.

İlkin məlumatlara görə, partlayış nəticəsində gənc xəsarət alıb və xəstəxanaya çatdırılıb. Onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, akkumulyator və digər enerji mənbələri ilə ehtiyatsız davranmaq ciddi təhlükə yarada bilər. Xüsusilə litium tərkibli batareyaların zədələnməsi və ya deşilməsi partlayışa səbəb ola bilər.

Hadisə bir daha təhlükəli əşyalarla məsuliyyətsiz davranışın ağır nəticələrə gətirib çıxara biləcəyini göstərib.

Musa
Milli.Az