Beynəlxalq Muğam Mərkəzində "Bayatı-şiraz" dəstgahı təqdim olunub - FOTO

19 Fevral 2026 14:30

Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çərçivəsində təqdim etdiyi "Muğam dəstgahları"nda "Bayatı-şirsz" dəstgahı təqdim olunub. Konsert proqramında Əməkdar artist Sevinc Sarıyeva, Leyla Rəhimova və Rövşən Bəşirov çıxış ediblər.

Xanəndələri BMM-nin solistləri - Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança), Rafael Əsgərov (balaban), Məryəm İslamova (qanun) və Amil Mustafayev (nağara) müşayiət ediblər. Konsert tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılanıb. Qeyd edək ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsidir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az