AFFA milliyə 6 aylıq baş məşqçi GƏTİRDİ - 1 milyona

19 Fevral 2026 13:59

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək və U-20 millisinə əcnəbi baş məşqçi təyin olunacaq.

Milli.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, bu posta Rui Jorje gətiriləcək.

15 il Portuqaliya millisində işləmiş mütəxəssislə əvvəlcə 6 aylıq müqavilə bağlanacaq.

Ona 6 aylıq sözləşmə üçün 500 min avro (1 milyon manat) ödəniləcək.

Milli.Az