Moskva metrosunda partlayış - VİDEO

19 Fevral 2026 13:11

Moskvada metroda partlayış olub.

Milli.Az xəbər verir ki, yerli teleqram kanallarında Moskva metropoliteninin Bitsevskiy Park stansiyasında partlayışın görüntüləri yayılıb.

İlkin məlumatlara görə, elektrik avadanlığında qısaqapanma nəticəsində partlayış baş verib. Vaqonlarda olan sərnişinlər digər stansiya xətlərinə təxliyə edilib.

Hərəkət bərpa olunub.

Milli.Az