Keçən il 5 manat idi, indi 15 manat: Gümüşdə rekord bahalaşma

19 Fevral 2026 19:23

Son 1 ildə gümüş faiz nisbətində qızıldan daha çox bahalaşıb... Hazırda gümüşün 1 qramı 13-15 manata təklif edilir.

Milli.Az xəbər verir ki, biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satıcılar deyirlər ki, ötən il bu rəqəm 1 qram üçün təxminən 4 -5 manat təşkil edirdi.

Gümüşün alış qiyməti də xeyli artıb.

Ekspertlər isə hesab edirlər ki, geosiyasi faktorlar və iqtisadi mühitdən əlavə olaraq, qızılın bahalaşması da gümüşün qiymətinə təsir edir.

İqtisadçı ekspertin fikrincə, qiymət artımı bundan sonra da davam edəcək. Səbəb isə gümüş və qızılın qiymətləri arasında əlaqə, asılılığın olmasıdır.

Onun sözlərinə görə, bu mənada gümüşə investisiyanın daha artacağı proqnazlaşdılır ki, bu da qiymətin daha da artmasına gətirib çıxaracaq.  

Asya
Milli.Az