Bakının Nəsimi rayonunda mərkəzi prospektlərindən biri olan Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında "Cresent Mall" Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.
Hadisənin baş verməsinə səbəb piyadanın yolu sürətli nəqliyyat axını olan yerdən keçməyə cəhd etməsi olub. Piyadanın həyatını itirdiyi deyilir.
Faktın dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu verilib.
Milli.Az