Elnarənin özünə bənzəyən qardaşı qızı GÜNDƏM OLDU - VİDEO

22 Fevral 2026 16:53

Müğənni Elnarə Xəlilovanın qardaşı qızı sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib.

Milli.Az xəbər verir ki, ifaçıya olan oxşarlığı ilə seçilən 20 yaşlı gənc qız internet istifadəçilərinin marağına səbəb olub.

Onun aktiv sosial media paylaşımları və görüntüləri qısa zamanda geniş müzakirələr yaradıb. İzləyicilər görüntüdə Elnarə Xəlilovaya bənzərliyi vurğulayaraq, "xalanın gəncliyi kimidir" kimi şərhlər yazıblar.

Bəzi istifadəçilər gəncin gələcəkdə sənət yolunu seçə biləcəyi ehtimalını irəli sürüblər.

Hazırda sosial şəbəkələrdə oxşarlıq mövzusu müzakirə edilir.

Musa
Milli.Az