Rəqsanə əri ilə qayınanasını PAYLAŞDI - VİDEO

19 Fevral 2026 15:45

Müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkədə paylaşdığı səmimi görüntülər izləyicilərin marağına səbəb olub.

Milli.Az xəbər verir ki, yayılan videoda sənətçinin qaynanası ona ürək sözlərini deyərək xeyir-dua verir. O, Rəqsanəyə "O gün olsun ki, sənin də oğlun evlənsin, sən də oğlunun evinə sevə-sevə qonaq gedəsən" arzularını çatdırır.

İfaçı həmin emosional anları şəxsi "Instagram" hesabında paylaşaraq izləyiciləri ilə bölüşüb. Video qısa zamanda çoxsaylı bəyənmə və şərh toplayıb.

Sosial şəbəkə istifadəçiləri paylaşımı müsbət qarşılayaraq ailə dəyərlərinin önəmini vurğulayıblar.

Musa
Milli.Az