Bakı metrosunda hərəkət qrafiki bərpa olundu - YENİLƏNİB

19 Fevral 2026 10:08

Bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, hazırda yubanmalar yoxdur və yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb.

Milli.Az

___________________

Saat - 09:15

Metronun "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib.

Milli.Az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb.

"Sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyirik.

Əlavə məlumat veriləcək", - məlumatda deyilir.

Milli.Az