Daha bir serial final edə bilər

19 Fevral 2026 08:41

"Kızılcık şerbeti" serialının finalı ilə bağlı xəbərlər mediaya sızdırılıb.

Milli.Az xəbər verir ki, ekran işi 4-cü mövsümün sonunda izləyiciləri ilə vidalaşacaq. Buna səbəb ekran işi ilə bağlı verilən 5-ci mövsüm təklifinin yayımlandığı kanal tərəfindən rədd edilməsidir. Belə ki, telekanal serialın ssenarisindən narazıdır.

Layihə başqa bir platforma ilə razılaşmayacağı təqdirdə finala gedəcək.

Qeyd edək ki, serialın baş rolunu Seray Kaya və Emre Dinler paylaşır. (axşam.az)

Milli.Az