Bakıda keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında "Nyukasl"ın ulduzu Entoni Qordon ilk hissədə "poker"ə imza atıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, matçın ilk 45 dəqiqəsi "sağsağanlar"ın mütləq üstünlüyü ilə başa çatıb.
25 yaşlı ingiltərəli futbolçu cəmi bir hissə ərzində "Qarabağ"ın qapısına 4 qol vurmağı bacarıb. O, 3-cü dəqiqədə hesabı açdıqdan sonra, 32-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, cəmi bir dəqiqə sonra isə müdafiə səhvindən yararlanaraq het-trikini rəsmiləşdirib. Qordon "poker"ini ilk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə penalti ilə tamamlayıb.
"Nyukasl"ın digər qolunu isə 8-ci dəqiqədə Malik Tyau vurub.
Qeyd edək ki, oyunçunun dəyəri 60 milyon avrodur.
Milli.Az