"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Milli.Az-ın məlumatına görə, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.
Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.
Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
----------
72-ci dəqiqədə Ceykob Mörfi komandasının 6-cı qolunu vurur.
--------
54-cü dəqiqədə Elvin Cəfərquliyev fərqlənir.
--------
Entoni Qordon 45+1-ci dəqiqədə penaltidən özünün 4-cü, komandasının 5-ci qolunu vurdu.
------------
34-cü dəqiqədə Qordon het-trik edir.
----------
Entoni Qordon 32-ci dəqiqədə penaltidən fərqlənərək dubl edir.
---------
8-ci dəqiqədə Malik Tyau hesab arasında fərqi artırır.
--------
Entoni Qordon 2-ci dəqiqədə hesabı açır.
---------
Matç başladı.
----------
Yaxın dəqiqələrdə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.
Milli.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Milli.Az