"Oğlum deyir ki, çox kədərlisən, atam gedir ona görə? Deyirəm, hər şey çox yaxşıdır. Biz 38 ildir evliyik, hələ bir gün olmayıb ki, yoldaşım evdə olmasın. Hərdən onun da qastrol səfərləri olurdu. Daha çox mənim qastrol səfərlərim olurdu, evdə olmurdum. O, hər zaman evdə olub. Biz belə öyrəşmişik. İndi buna da öyrəşərik".
Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "İncə səhər" verilişinə açıqlamasında deyib. Müğənni həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor vəzifəsindən getməsi, Gəncə Dövlət Milli Dram Teatrının direktoru təyin edilməsi haqda sualları cavablandırıb.
Dadaşova bildirib ki, həyat yoldaşı işi ilə bağlı Gəncəyə getsə də, özü Bakıda qalacaq:
"Gəncəyə gedərəm, amma övladımızı nə edək? Yoldaşıma deyirəm ki, nə sevinirsən, arvad-uşağını atıb gedirsən. Sürət qatarı ilə getmək asandır. Bir dəfə getmişəm, həyatımda belə zövq almamışdım. Yoldaşıma da deyirəm ki, sürət qatarı ilə get-gəl". (Axşam.az)
Milli.Az