Azərbaycanda bu idarələr ləğv olundu

18 Fevral 2026 19:57

Azərbaycanda meliorasiya sahəsində fəaliyyət göstərən daha bir neçə idarə ləğv olunduğunu elan edib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar Kürdəmir, Sabirabad, Sumqayıt və Lənkəran Melioservis İdarələridir.

Xatırladaq ki, daha əvvəl isə Salyan Melioservis İdarəsi, Qazax Melioservis İdarəsi və Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi Neftçala Melioservis İdarəsi, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi, Ucar Melioservis İdarəsi, Yevlax Melioservis İdarəsi və Bərdə Melioservis İdarəsi ləğv olunduğunu elan edib.

Milli.Az