Hərbi xidmətdən qayıdan əsgərin anasına sürprizi KÖVRƏLTDİ - VİDEO

22 Fevral 2026 05:05

Hərbi xidmətdən yeni qayıdan gəncin anasına etdiyi sürpriz sosial şəbəkələrdə böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, yayılan görüntülərdə uzun müddət övlad həsrəti çəkən ana gündəlik işləri ilə məşğul olarkən qəfil qarşısında hərbi geyimdə oğlunu görür. Gənc anasına xəbər vermədən evə gələrək onu kövrək anlarla sevindirib. Ana oğlunu görən kimi göz yaşlarını saxlaya bilməyib və onu qucaqlayaraq duyğulu anlar yaşayıb.

Sosial şəbəkələrdə paylaşılan video qısa zamanda geniş yayılıb, minlərlə baxış və şərh toplayıb. İzləyicilər həmin anları "kövrək", "qürurverici" və "alqışalayiq" adlandıraraq gəncə və ailəsinə xoş arzularını çatdırıblar.

Bu duyğusal görüş bir daha valideyn-övlad bağının gücünü nümayiş etdirərək izləyənləri təsirləndirib.

Musa
Milli.Az