Daimi stresin dişlərə zərərli TƏSİRLƏRİ

23 Fevral 2026 03:03

"Daimi stres diş ətinin sağlamlığına ciddi zərər verir. Bu da gingivit və periodontit kimi diş əti xəstəliklərinə səbəb ola bilər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı həkim Dmitri Şavrov Gazeta.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsəb bədənin diş ətlərinə mənfi təsir göstərən kortizol hormonu istehsal etməsinə səbəb olur. Bu, immunitet sistemini zəiflədir, bakteriyaların yayılmasını asanlaşdırır, eləcə də kollagen istehsalını azaldır və toxumaları daha həssas edir.

Bundan əlavə, kortizol iltihabı artırır və qan damarlarını sıxır. Bu, diş ətlərinə oksigen və qida maddələrinin tədarükünü azaldır və onların sağalma prosesini ləngidir.

Ekspert vurğulayıb ki, xroniki stres diş əti problemlərini daha da ağırlaşdırır. Buna görə də, emosional vəziyyətii idarə etmək ağız sağlamlığı üçün vacibdir.

Milli.Az