Türkiyədə ekranlarda yayılan "Eşref Rüya" serialında canlandırdığı "Eşref Tek" obrazı ilə böyük maraq doğuran Çağatay Ulusoy bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, bir müddətdir həmkarı Aslıhan Malbora ilə münasibət yaşayan Çağatay Ulusoyun eşq dolu fotosu sosial mediada geniş müzakirə olunub.
Aslıhan Malbora sevgilisi Çağatay Ulusoy ilə dodaq-dodağa olduqları fotosunu sosial media hesabında paylaşıb.
Məşhur aktrisanın ard-arda yayımladığı kadrlar qısa müddətdə çoxsaylı bəyənmə və şərh toplayıb.
Milli.Az