AFB Bank qayda pozdu, Mərkəzi Bank cəzalandırdı

18 Fevral 2026 15:03

"AFB Bank" ASC-yə icrası məcburi sərəncam verilib.

Milli.Az xəbər verir ki, buna səbəb bank tərəfindən inzibatçı vəzifəsinə təyinat və dəyişikliklə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildirişin təqdim edilməməsidir.

Belə ki, bu hal "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 10.6-cı və 15.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilib. Qanunun 47-ci maddəsi rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən "AFB Bank" ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Milli.Az