Şeyxin müavininin səhhəti qəfil PİSLƏŞDİ – Təcili yardım çağırıldı

18 Fevral 2026 14:55

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib. 

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənliyə təcili həkimlər çağırılıb.

Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktika prosesləri davam edir. 

Faktı Manset.az-a Hacı Sabir Həsənlinin özü də təsdiq edib:

"Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram". 

Qeyd edk ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir. 

Milli.Az