İlon Mask Netflix-ə onun qaradərili obrazda təqdim olunduğu serial çəkməyi təklif edib

18 Fevral 2026 14:37

Amerikalı milyarder İlon Mask Netflix striminq xidmətinə onun qaradərili obrazda təqdim olunduğu serial çəkməyi təklif edib.

Milli.Az xəbər verir ki, Mask bu fikri X platformasında bir istifadəçinin paylaşımına cavab olaraq səsləndirib.

"Zəhmət olmasa, bunu reallaşdırın, bu, möhtəşəm olardı", - deyə Mask süni intellekt vasitəsilə hazırlanmış və Netflix posterini parodiya edən görüntüyə münasibət bildirib.

Şəkildə Mask qaradərili formada, ehtimal ki, yadplanetlilərin əhatəsində təsvir olunub.

İstifadəçi paylaşımına "Netflix-in demək olar ki, hər bir şousu" qeydi əlavə edib.

Ayxan
Milli.Az