Tanınmış aparıcı Ofelyanı RÜSVAY ETDİ: "Müəllimimin oğlunun ailəsini o DAĞITDI"

18 Fevral 2026 14:34

"MTV"nin tanınmış aparıcısı Gülnar Səhliyarlı efir verilişində açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, müğənni Ofelya Şabanova barədə faktları üzə çıxarıb.

Verilişinə dəvət olunan ifaçını yox cavabı teleaparıcını özündən çıxarıb:

"Uzun illər kadrarxası və aparıcı kimi televiziyalarda çalışmışam. Bu illər ərzində heç vaxt kiminsə şəxsi həyat mövzularına toxunmamışam. Elə bir hadisə oldu ki, sarsıldım, hətta illər öncəyə qayıtdım. Xətai rayonunda doğulub böyümüşəm. 138 saylı məktəbdə təhsil almışam. Müəllimlərimdən aldığım təhsil insanların şəxsi həyatlarına hörmət edib, ora müdaxilə etməmək xarakteri formalaşdırdı. Ancaq məcbur olub xatirəmi dilə gətirirəm. 2001-2005-ci ildə ibtidai təhsil almışam. İbtidai sinif rəhbəri olan, Elmira xanım Heybətova adlı müəllimimiz vardı. Hazırda da əlaqəm var, onu çox sevirəm. Onun Ceyhun adında oğlu vardı. Bizdən yaşca çox böyük idi. Onu görürdük tanıyırdıq. Sağlığında problem yaranmışdı. Anam tibb sahəsində idi deyə, əlaqələri yaranmışdı. 5-6- da oxuyanda coğrafiya tədris olunmağa başladı. Gülarə xanım çox peşəkar müəllim idi. Daha sonra Elmira xanımla quda oldular. Onun qızını oğlu Ceyhuna almışdı. Mən 3-cü sinifdə oxuyurdum. Onların övladları oldu. Valideynimiz toylarına getmişdi, məlumatlı idik. 10-11-də oxuyanda eşitdik ki, Ceyhunun ailəsi qalmaqallı şəkildə dağılıb. Ailələli olduğu vaxtda digər xanımdan övladı dünyaya gəlmişdi. O xanım da işlətdiyi kafedə tanış olduğu müğənni Ofelya Şabanova idi. Yoldaşı Nüşabə xanım qəbul etməyib. Ailə dağılıb. Bunu hansı aparıcı bilsəydi, üstünə qoyub reytinq yığardı. İllərdir sirr saxlayıram. O ailə məhz Ofelya Şabanovaya görə dağılmışdı. Dünən prodüserim onu verilişimizə dəvət edib. Deyib ki, mən maarifləndirici verilişə getmirəm. Qalmaqallı verilişlərə gedirəm. Onunla münasibətimiz də normal idi".

Hüseyn
Milli.Az