“Titanik”in sonuncu sərnişini vəfat etdi

18 Fevral 2026 14:40

"Titanik"in sonuncu sağ qalan sərnişini Millvina Din vəfat edib. Onun 97 yaşı olub. O, Böyük Britaniyada, 1912-ci ildə məşhur laynerin ilk və yeganə səfərinə yola düşdüyü Sauthempton şəhərində yerləşən qocalar evində dünyasını dəyişib.

Bu barədə Milli.Az The New York Times-a istinadən xəbər verir.

Faciə zamanı Din cəmi 9 həftəlik olub. O, xilas edilən 705 sərnişin arasında ən kiçiyi idi. Atası gəminin batdığı gecə həlak olub. Qəza 1500-dən çox insanın həyatına son qoyub. Millvina hadisə barədə yalnız anasının xatirələrindən məlumatlı olub: təxliyə zamanı ailə üzvləri bir-birindən ayrılıb, daha sonra isə xilasetmə gəmisində yenidən birləşiblər.

Din uzun illər ictimaiyyətdən uzaq yaşayıb. Lakin "Titiank"in qalıqları 1985-ci ildə aşkar edildikdən sonra anım tədbirlərinə qatılmağa başlayıb. Onun taleyinə maraq "Titanik" filmi nümayiş olunduqdan sonra daha da artıb. Buna baxmayaraq, Din filmin özünə baxmayıb və bunun onun üçün çox ağır olduğunu bildirib.

Ayxan
Milli.Az