Şəhla Abbasova direktor təyin edildi

18 Fevral 2026 14:13

Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru vəzifəsinə təyin olunub və kollektivə təqdim edilib.

Milli.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri əmr imzalayıb.

Qeyd edək ki, Ş. Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.

Xatırladaq ki, fevralın 3-ü Namiq Çərkəz oğlu Ağamaliyev "İnşaat Kolleci" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilmişdi./Apa

Milli.Az