"Yaddaş #4" konserti keçiriləcək.
Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı və Cadenza orkestrinin iştirakı ilə 21 fevral 19:00-da "Yaddaş #4" adlı növbəti konsert keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsert Qara Qarayevin xatirəsinə həsr olunub. Konsertdə Violin və piano üçün sonata, 2 saylı simli kvartet, İqor Stravinskinin "Elegiya", Xəyyam Mirzəzadənin "Ohne", Edward Griegin "Lirik pyeslər" silsiləsindən "Sirr" və Fərəc Qarayevin "last postude-post..." əsəri ifa olunacaq. Qeyd edək ki, Edward Griegin "Lirik pyeslər" silsiləsindən "Sirr" pyesi bəstəkar Ayaz Qəmbərlinin işlənməsində Cadenza orkestrinin ifasında səslənəcək.
Konsertə giriş sərbəstdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az