Müğənni Qumral "Günə Uğurla" verilişində duyğusal etirafları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, göz yaşlarını saxlaya bilməyərək şəxsi həyatında yaşadığı çətinlikləri bölüşüb.
Qumral bildirib ki, qızı bir neçə gün ərzində yemək yeməyib, danışmayıb və yataqda qalıb:
"Qızım heç nə yemədi, danışmadı. Bir neçə gün yataqda oldu, heç nə yemədi, danışmadı. Anidən xəstələndi, həmin virusdan tutmuşdu. Mən çox həssasam, pis təsir etdi. Övladıma bir şey olanda özümü yarım hiss edirəm. Allah qorusun, pis günlərini göstərməsin", - deyə sənətçi əlavə edib.
O, həmçinin vurğulayıb ki, həmişə problemlərini özündə saxlayıb və çətinliklərini heç vaxt ətrafındakılara göstərməyib:
"Heç vaxt pis olduğumu ətrafıma yansıtmamışam. Pulum olmasa belə bunu heç kim bilməyib. Sevmirəm kiməsə deyim, özüm saxlayıram problemlərimi".
Sənətçinin bu səmimi və duyğusal açıqlamaları tamaşaçılar arasında marağa səbəb olub və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Hüseyn
Milli.Az