Mənzil tikinti kooperativlərinin (MTK) sakinlərdən tələb etdiyi "zibil pulu" sakinlərin narazılığına səbəb olan məsələlərdən biridir.
Bəs, bu, qanunidirmi?
Milli.Az-ın məlumatına görə, Mənzil Məcəlləsinə əsasən, MTK binanı tikib mənzilləri sahiblərinə təhvil verdikdən sonra idarəetmədən tamamilə çıxmalıdır.
Bunun əvəzinə bina sakinləri bir araya gələrək Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaratmalıdır.
Bu cəmiyyət Ədliyyə Nazirliyində qeydiyyatından keçdikdən sonra mülkiyyətçilərin hüquqlarını təmsil edir, habelə komendantın nə qədər pul toplaması və idarəetmə ilə bağlı qərarları qəbul edir. Toplanan məbləğ, əsasən hər bir mənzilin kvadrat metri ilə mütənasib olaraq mülkiyyətçilər arasında bölüşdürülür.
Bu cür cəmiyyət olmayan yaşayış binalarında idarəçilik hər bir mənzil mülkiyyətçisinin özü tərəfindən həyata keçirilir.
Mina Mikayılova
Milli.Az