Bu gün Bakıda marşrut avtobusunda sərnişin ölüb.
Milli.Az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
Binəqədi rayonu 9-cu mikrorayon ərazisindən keçən avtobusda sərnişin olan 60-65 yaşlı kişi özünü pis hiss edib və oturduğu yerdə qəfildən keçinib.
Əraziyə təcili yardım briqadası və prokurorluq əməkdaşları cəlb edilib./News24.az
Milli.Az