Xəbər verdiyimiz kimi, bu axşam Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ - "Nyukasl" oyunu keçiriləcək.
Milli.Az xəbər verir ki, matç üçün ölkəmizə gələn ingilis azarkeşlər qalmaqallı hərəkətlə diqqət çəkiblər.
Onlar Bakıda "pub"ların birində divarda asılan "Çelsi" bayrağını çıxarıblar, həmin anlar sosial mediada müzakirəyə səbəb olub.
Qeyd edək ki, qarşılaşma bu gün saat 21:45-də keçiriləcək.
Milli.Az