Gömrük xərcləri artsa da "Li Auto" qiymətləri sabit saxlayır

18 Fevral 2026 11:00

Gömrük rüsumlarında baş verən artımlara baxmayaraq, "Li Auto" Azərbaycan bazarında müştəriyönümlü yanaşmasını davam etdirir. Brend, mövcud bazar şərtlərini və iqtisadi dəyişiklikləri nəzərə alaraq, müştərilərin maraqlarını ön planda saxlayıb və dekabr ayında tətbiq edilən qiymətləri qorumaq qərarına gəlib.

Beləliklə, hazırda "Li Auto" avtomobillərini gömrük xərclərinin artımından əvvəlki qiymətlərlə əldə etmək mümkündür. Bu addım "Li Auto"nun uzunmüddətli etimad, şəffaflıq və müştəri məmnuniyyəti prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.

"Li Auto" modelləri müasir dizayn, yüksək komfort, qabaqcıl texnologiyalar və güclü hibrid sistemləri ilə seçilir. Brend, premium seqmentdə balanslı qiymət siyasəti və zəngin təchizat səviyyəsi ilə fərqlənərək, müştərilərə alternativsiz dəyər təklif edir.

Hazırda qüvvədə olan qiymətlər aşağıdakılardır:

• Li L9 Ultra - 68 000 ABŞ dolları

• Li L9 Pro - 63 500 ABŞ dolları

• Li L7 Ultra - 56 500 ABŞ dolları

• Li L7 Pro - 48 650 ABŞ dolları

• Li L6 Pro - 43 300 ABŞ dolları

Təqdim olunan bütün avtomobillər 5 il və ya 100 000 km rəsmi zəmanət ilə satışa çıxarılır ki, bu da "Li Auto"nun məhsul keyfiyyətinə və etibarlılığına verdiyi önəmin göstəricisidir.

"Li Auto" avtomobilləri ilə maraqlanan müştərilər Bakı şəhəri, Babək prospekti 35A ünvanında yerləşən rəsmi satış mərkəzinə müraciət edə və ya *2299 nömrəli çağrı mərkəzi vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Milli.Az