Canlı ifa edə bilmədi - TƏNQİD OLUNDU - VİDEO

18 Fevral 2026 14:04

Canlı ifası ilə tanınan müğənni Dəniz efirdə yaşadığı xoşagəlməz anlarla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, hadisə "Rəngarəng" verilişində baş verib. Efir zamanı ifaçı canlı performansını nümayiş etdirmək qərarına gəlib. Lakin Dənizin səsi sözünə qulasq asmayıb və çətin anlar yaşamasına səbəb olub.

Canlı yayımda baş verən bu məqam sosial şəbəkələrdə qısa zamanda yayılıb və geniş müzakirələrə yol açıb. Bəzi izləyicilər sənətçinin həyəcanlı olduğunu qeyd edərək onu müdafiə edib, digərləri isə peşəkar ifaçının belə mahnı oxumağını tənqid ediblər.

Həmin kadrları təqdim edirik:

Musa
Milli.Az