Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı

18 Fevral 2026 08:48

Dünyanın ən zəngin ölkələri siyahıya alınarkən yalnız iqtisadiyyat deyil, həm də yerüstü və yeraltı qaynaqlar əsas götürülüb.

Milli.Az təbii sərvətlərinin ümumi bazar dəyərinə görə dünyanın "ən zəngin" 10 ölkəsini təqdim edir:

10. Venesuela
Siyahının onuncu pilləsində qərarlaşan Venesuela xüsusilə nəhəng neft ehtiyatları ilə tanınır. Cənubi Amerika ölkəsi eyni zamanda qızıl və təbii qazla zəngindir. Təbii sərvətlərinin ümumi dəyəri təxminən 14,3 trilyon dollar hesab olunur.

9. İraq
Yaxın Şərqin bu ölkəsi demək olar ki, tamamilə neft və qaz ehtiyatlarına arxalanır. İraqın sahib olduğu qaynaqların dəyəri 15,9 trilyon dollar səviyyəsindədir.

8. Avstraliya
Avstraliya həm minerallar (kömür, dəmir filizi), həm də qızıl və uran ehtiyatları ilə zəngindir. Sərvəti 19,9 trilyon dollar olaraq qiymətləndirilir.

7. Braziliya
Meşə sahələri, qızıl, dəmir və son illərdə kəşf edilən dəniz neft yataqları ilə Braziliya siyahıda 7-ci yerdədir. Sərvətinin dəyəri 21,8 trilyon dollardır.

6. Çin
Dünyanın istehsal nəhəngi olan Çin, həm kömür, həm də nadir torpaq elementləri baxımından dünyada liderdir. Ümumi təbii sərvəti 23 trilyon dollardır.

5. İran
Həm neft, həm də təbii qaz ehtiyatlarına görə dünyanın ən böyük oyunçularından biridir. Sərvətinin ümumi dəyəri 27,3 trilyon dollardır.

4. Kanada
Kanada həm meşə zolaqları, həm də qızıl və uran ehtiyatları ilə seçilir. Ölkənin təbii qaynaq dəyəri 33,2 trilyon dollardır.

3. Səudiyyə Ərəbistanı
Dünyanın neft mərkəzi hesab olunan Səudiyyə Ərəbistanı 34,4 trilyon dollarlıq sərvəti ilə üçüncüdür.

2. ABŞ
ABŞ xüsusilə kömür, təbii qaz və taxta-şalban (meşə) ehtiyatları ilə siyahının zirvəsinə yaxındır. Təbii sərvətinin dəyəri 45 trilyon dollardır.

1. Rusiya (Mütləq Lider)
Siyahının birincisi isə Rusiyadır. Dünyanın ən böyük ərazisinə malik ölkəsi həm təbii qaz, həm kömür, həm də nəhəng meşə sahələri və nadir metalları ilə rəqib tanımır. Rusiyanın təbii sərvətlərinin ümumi dəyəri astronomik bir rəqəmdir: 75 trilyon dollar!

Lalə Qüdrətova
Milli.Az