Həbib Nurməhəmmədovun illik gəliri təəccübləndirdi

17 Fevral 2026 23:28

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun Birləşmiş Ərəb Əmirliklərində illik gəliri 45 milyon dollardır.

Milli.Az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.

Qeyd edilib ki, Həbib Rusiyadakı biznesini tərk edərək BƏƏ-də investisiya fəaliyyətinə başlayıb. Ona məxsus KHABIB GYM idman zallarının illik gəliri 6 milyon dollar təşkil edir.

Xatırladaq ki, Həbib 37 yaşındadır. O, ilk dəfə UFC-də 2012-ci ildə meydana çıxıb. 2018-ci ildə yüngül çəkidə çempion titulunu qazanıb, çempionluq kəmərini üç dəfə uğurla qoruyub və karyerasını 2020-ci ildə başa vurub.

Milli.Az