Gəncədə ağır qəza - Xəsarət alanlar var

17 Fevral 2026 22:41

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisə zamanı 1961-ci il təvəllüdlü Allahyar Ramazanov, 1987-ci il təvəllüdlü Zabit Verdiyev və 1986-cı il təvəllüdlü Samirə Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.

Onlara ilkin yardım göstərilib, vəziyyətləri kafidir.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az