Aparıcı Zaur Baxşəliyev qohumu tərəfindən məruz qaldığı şiddəti etiraf edib.
Milli.Az xəbər verir ki, aparıcı verilişində bu haqda danışıb. O bildirib ki, hələ də həmin şəxsi bağışlamayıb:
"Həmin anı hələ də unuda bilmirəm. Bir qohumum tərəfindən şiddətə məruz qaldım. Evdəkilərin yanında olmuşdu. O adamı heç vaxt bağışlamamışam və bağışlamaycağam da. Həmin günü hər saniyəsinə qədər xatırlayıram: necə şillə vurdu və məni döydü. Bunu unutmayacağam. Düşünmüyün ki, uşaqdır, böyüyüb unudacaq. Heç kim unutmur". (Axşam.az )
Milli.Az