Sevgililər gününü Avropada qeyd etdilər - FOTO

17 Fevral 2026 20:25

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə yine fotolarını izləyiciləri ilə bölüşüb. 

Milli.Az xəbər verir ki, cütlük Sevgililər gününü Belçikada keçirtdiyini bildirib. 

Suada paylaşımına "Sevgililər gününüz mübarək" qısa şərhini yazıb. 

Kristofer isə onun fotosunu yayımlayaraq "Səni sevirəm" şərhini qeyd edib. 

Qeyd edək ki, Kristofer və Suada 2021-ci ildə Türkiyədə nikah masasına oturub. Onlar Amerikada yaşayırlar. 

Milli.Az