MasterCard və Binance Azərbaycanda virtual kriptokartların istifadəyə verilməsini planlaşdırırlar

17 Fevral 2026 17:57

MasterCard və Binance Azərbaycanda virtual kriptokartların istifadəyə verilməsi imkanını araşdırır.

Milli.Az FinFly-a istinadla xəbər verir ki, şirkətlər hazırda layihəni bir sıra digər ölkələrdə test edirlər. Sınaqlar uğurlu olacağı təqdirdə, Azərbaycan bazarında da istifadəyə verilməsi ilə bağlı qərar qəbul edilə bilər.

Virtual kriptokartlar istifadəçilərə kriptovalyuta hesablarını gündəlik ödənişlər üçün daha rahat şəkildə idarə etməyə imkan verir. Bu addım ölkədə rəqəmsal maliyyə xidmətlərinin genişlənməsinə və kripto ekosisteminin inkişafına töhfə verə bilər.

Hazırda layihənin Azərbaycanda tətbiqi ilə bağlı yekun qərar gözlənilir.

Milli.Az