“Səni axtara-axtara” Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı təqdimatında – VİDEO - FOTO

17 Fevral 2026 17:28

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı növbəti musiqi töhfəsini sənətsevərlərə təqdim edib. Teatrın yeni layihəsi çərçivəsində musiqisi Vaqif Gərayzadə, sözləri Sərvər Şahbəyliyə məxsus olan "Səni axtara-axtara" mahnısı təqdim olunub.

Son dövrlər gənc istedadlara xüsusi diqqət ayıran Dövlət Mahnı Teatrı fərqli formatlı konsert proqramları ilə seçilir. Teatr bir müddətdir ki, gənclərə öz qapılarını açaraq, səhnəsini yalnız solistlərinə deyil, həm də perspektivli ifaçılara həvalə edir.

"Səni axtara-axtara" musiqi nömrəsində teatrın solisti Aynur İsgəndərli və gənc ifaçı Rasim Səfər çıxış ediblər. İfa Dövlət Mahnı Teatrının instrumental ansamblının müşayiəti ilə təqdim olunub. Video paylaşımı isə sosial şəbəkə platforması TikTok-da qısa müddətdə geniş maraq doğuraraq cəmi bir gün ərzində çox saylı baxış toplayıb.

Milli.Az