Bir moda brendi üzərində "ütü yanığı" effekti yaradan naxışlı köynəyi 1139 dollara (təxminən 20 min AZN) satışa çıxarıb.
Milli.Az xəbər verir ki, qiymət və dizayn qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub.
Köynəyin üzərində real ütü yanığını xatırladan tünd ləkə detalı yer alır. Bəzi istifadəçilər dizaynı yaradıcı hesab etsə də, əksəriyyət qiyməti və konsepsiyanı tənqid edib.
Qeyd olunur ki, son illər lüks brendlərin qəsdən "cırıq", "köhnə" və ya "qüsurlu" görüntü yaradan məhsulları yüksək qiymətlərlə təqdim etməsi moda dünyasında tez-tez müzakirə olunur.
Fidan
Milli.Az