Ağdamda 19 yaşlı tələbə dərmandan zəhərlənib.
Milli.Az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, Ayşən Qorxmaz qızı Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.
O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, A.Əliyeva Biləsuvar rayon sakinidir və hazırda Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil alır.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
Milli.Az