Aktrisa Pərvin Abıyeva şəxsi həyatı barədə etiraf edib.
Milli.Az xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində üç dəfə nişanlandığını açıqlayıb.
O bildirib ki, ailə qurmaq məqsədilə etdiyi hər üç cəhd uğursuzluqla nəticələnib.
Aktrisa daha əvvəl də bu mövzu ilə bağlı danışaraq, "Ömrüm nişanlı ola-ola keçib. Hər gələn evlənmək adı ilə nişanlanıb, sonra gedib. Hamısı ilə nişanlı olmuşam, hamısından üzüyüm var. Bundan sonrakına deyəcəyəm ki, mənə üzük vermə" sözləri ilə gündəmə gəlmişdi.
Milli.Az