Artıq bir müddətdir ipoteka kreditlərinin verilməsi üçün limitlərin ayrılması gecikir. Adətən bu prosesi fevral ayının ilk həftəsində baş tutub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə ipoteka kreditlərinin verilməsi üçün limitlərin ayrılması nəzərdə tututulur.
Qeyd edək ki, ipoteka kreditidi üçün müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət "sistemi (www.e-gov.az) üzərindən SİMA və ya Asan İmza vasitəsilə həyata keçiriləcək.
Xatırladaq ki, 2026-cı il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və güzəştli şərtlərlə mənzil əldə edilməsinə dəstək vermək üçün İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılıb.
Mehman Əsədov
Milli.Az