Yanğın hadisəsi təxminən iki saat əvvəl baş verib. Qonşularla birlikdə yanğın baş verən binadan vətəndaşların təxliyyəsinə kömək etdik.
Milli.Az xəbər verir ki, bunu yanğın baş verən ərazidə yaşayan sakin Elşən Abbasov jurnalistlərə açıqlamasında deyib.
"Yanğın binada yaşayan şəxsin səhlənkarlığı səbəbindən baş verib. FHN dərhal hadisəyə müdaxilə etdi. Təxmini 15-20 nəfər təxliyə olunub", - deyə o bildirib.
Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binası yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Hadisə nəticəsində bir nəfər xəsarət alıb./Trend.Az
Milli.Az