Müğənni Xatirə İslam sosial şəbəkə hesabında etdiyi paylaşım ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçinin ev heyvanı ilə bağlı paylaşdığı görüntülər izləyicilər arasında birmənalı qarşılanmayıb.
Belə ki, ifaçının itinə nehrə yağı ilə çörək verməsi bəzi sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. Bir qrup izləyici bunu israf kimi qiymətləndirsə də, digərləri sənətçinin şəxsi seçimlərinə hörmətlə yanaşmağın vacibliyini bildirib.
Xatirə İslam isə məsələyə münasibət bildirərək ev heyvanını dəyərləndirdiyini və ona görə də xüsusi qayğı göstərdiyini vurğulayıb: "İtimi dəyərləndirdiyim üçün ona nehrə yağı verirəm".
Mövzu qısa zamanda sosial mediada geniş müzakirələrə yol açıb və müxtəlif rəylərlə qarşılanıb.
Musa
Milli.Az