“Gizlədəcək heç nəyim yoxdur”

17 Fevral 2026 13:20

ABŞ Prezidenti Donald Trump adı tez-tez hallanan Ceffri Epşteyn sənədləri ilə bağlı sualı cavablandırıb.

Milli.Az xəbər verir ki, Tramp bildirib ki, onun gizlədəcək heç nəyi yoxdur və bu məsələ üzrə tam şəkildə təmizə çıxarılıb.

Florida ştatından Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablayan Tramp deyib: "Ceffri Epşteyn ilə heç bir əlaqəm yoxdur. Bu məsələ ilə bağlı tamamilə günahsızam" .

Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlılara qarşı cinsi istismar və insan alveri ittihamı ilə həbs olunmuş, daha sonra həbsxanada ölü tapılmışdı. Onun işi və sənədlərdə adı keçən tanınmış şəxslər uzun müddətdir ABŞ-da siyasi müzakirələrə səbəb olur.

Fidan
Milli.Az