Azərbaycanda ad günündə 5 nəfər xəstəxanalıq OLDU

17 Fevral 2026 11:45

Neftçala rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində keçirilən ad günü məclisində baş verib.

Həmin tədbirdə iştirak edən 5 qohum gecə saatlarında qidadan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az